Tərəvəzlər ingilis dilində

Bu dərsdə tərəvəzlər ingilis dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.


Tərəvəz adları ingiliscə

İngilis dilində tərəvəz adları

Əcnəbilər bizdən Azərbaycan haqqında danışmağımızı istədikdə adətən biz milli mətbəximizdən də danışırıq. Əlbəttə belə bir vəziyyətdə biz ingilis dilində meyvə, giləmeyvə və tərəvəzlərin adını bilmədən bu barədə heç cür danışa bilmərik. İngilis dilində meyvə adlarını biz keçən dərsimizdə artıq öyrəndik. Bu dərsimizdə isə ingilis dilində tərəvəzlər mövzusunu öyrənəcəyik. Beləliklə tərəvəzlərin ingilis dilində nəcə adlandırıldığını öyrənməyin vaxtı gəldi, belə ki ingiliscə tərəvəzləri öyrəndikdən sonra sevdiyiniz yeməklər haqqında əcnəbilərlə tam rahat danışa bilərsiniz. Onu da qeyd edimki, tərəvəz adlarını ingilis dilində öyrənərkən, Britan və Amerikan ingiliscəsində tərəvəz adlarında bəzi fərqlərin olduğunu unutmayın.

İngilis dilində yeni sözləri asanlıqla yadda saxlamağın yollarından biri də sözləri mövzuya görə qruplaşdırmaqdır. İngilis dilində tərəvəzlər lazımlı bir mövzudur, çünki gündəlik həyatda tərəvəzlərlə rastlaşırıq. Mağazada alırıq, onlardan yemək hazırlayırıq, bağda yetişdiririk və s. Hətta bir neçə tərəvəz adlarını ingilis dilində bilsəniz müəəyən mövzularda rahat ünsiyyət qura bilərsiniz.

Bundan əlavə, ingilis dilində tərəvəz adlarını bilmək səyahət edərkən - bir kafedə və ya restoranda garnitür sifariş edərkən, və ya xaricilərlə ünsiyyət qurarkən faydalı ola bilər. Xarici bir qonağınızı hansısa restorana apararkən, mütləq milli Azərbaycan mətbəxi ilə maraqlanacaqdır. Buna görə, xaricilərə kələm dolması və ya kükü, qutab kimi yeməklər haqqında danışarkən, tərəvəzlərin ingiliscə adlarını bilmədən onlara heç nəyi başa sala bilməyəcəksiniz.

Tərəvəzlər ingilis dilində

İngilis dilində tərəvəz adları

Əgər siz uşağınıza ingilis dilini öyrətmək və ya ingilis dilində olan yemək reseptlərini oxumaq, eyni zamanda ingilis dilli kulinariya verilişlərini izləmək istəyirsinzsə, o zaman İngilis dilində tərəvəzlərin adları mövzusunun sizə faydası toxunacaqdır.

Əlbəttə deyə bilərsiniz ki, ingilis dilində tərəvəz adlarını bilməkdə nə çətin bir şeydir? Heç nə! Buna görə hər kəs tərəvəzlərin adlarını ingilis dilində bilməlidir!

İngilis dilində söhbət zamanı tez-tez müxtəlif tərəvəz, meyvə və giləmeyvə adlarını istifadə edirik. İngilis dilli insanlar isə hətta bu tərəvəzlərin adları ilə bir sıra ingilis dilində atalar sözü və ya frazeoloji birləşmələri öz söhbətləri zamanı istifadə edirlər. Məsələn:
(An onion will not produce a rose.) - Soğandan qızılgül açmaz.
düşünürəm ki, söhbət zamanı bu cür ingilis atalar sözü və ya ingilis dilində olan frazeoloji birləşmələri hərhalda bilməyəyiniz məsləhətdir ki, söhbəti tuta biləsiniz.

İngilis dilində tərəvəz adları ilə bağlı frazeoloji birləşmələr

Cabbage head - Axmaq, ağılsız (taxtabaş mənasında)

To pepper somebody - Kimisə acılamaq, söymək

To be off one’s onion - Dəli olmaq, başını itirmək

Cool as a cucumber - Soyuqqanlı

Salad days - Salat günləri (söhbət gənclik, cavan vaxtlarından gedərkən işlədilir)

A couch potato - Divan kartofu (tənbəl insan, heç bir işlə məşqul olmayan insan barədə)

A pea-brained person - Noxud beyinli adam (quşbeyin mənasında)

A carrot top - Yerkökü başlı (narınclı saçlı insanlar barəsində)

To spill the beans - Lobyaları tökmək (başqalarının sirlərini açıb tökmək)

Small potatoes - Kiçik kartoflar (əhəmiyyətsiz bir şey və ya kimsə)
"My apartment was stolen! Most of it was small potatoes and didn’t cost a lot of money, but my laptop was very expensive!"
"Mənzilimi qarət etdilər! Əşyaların çoxu əhəmiyyətsiz idi və çox da bahalı deyildilər, amma laptopum çox baha idi!"

to be like two peas in a pod - bir qabda iki noxud kimi olmaq (çox oxşamaq)
"Eldar and his brother are so similar, you can’t tell who is who. They are peas in a pod."
"Eldarla qardaşı o qədər oxşardır ki, kimin kim olduğunu ayırd edə bilmirsən. Onlar bir qabda noxuddur."

to be full of beans - lobya ilə dolu olmaq (enerjili və həvəsli olmaq)
"My little sister is always full of beans; she plays for hours without getting tired or bored."
"Mənim kiçik bacım həmişə enerjilidir (həvəslidir) ; yorulmadan və sıxılmadan saatlarla oynayır."

İngiliscə tərəvəz adlarının yazılış və tələffüzü.

[ ˈvedʒ.tə.bl̩ ] Tərəvəz
[ pəˈteɪtəʊ ] Kartof
[ ˈkærət ] Yerkökü
[ ˈkjuː.kʌm.bər ] Xiyar
[ təˈmɑːtəʊ ] Pomidor
[ ˈkæb.ɪdʒ ] Kələm
[ ˈbiːt.ruːt ] Çuğundur
[ swiːt ˈpepə(r) ] Bibər
[ ˈeɡ.plɑːnt ] Badımcan
[ ˈʌnjən ] Soğan
[ ˈɡɑː.lɪk ] Sarımsaq
[ ˈkɒl.ɪˌflaʊ.ər ] Gül kələmi
[ ˈpʌmp.kɪn ] Balqabaq
[ skwɒʃ ] Kudu
[ ˈræd.ɪʃ ] Turp
[ ˈtɜː.nɪp ] Turp
[ ɡriːn biːn ] Lobya
[ kɔːn ] Qarğıdalı
[ˌpiː ] Yaşıl noxud
[ ˈtʃɪk.piː ] Noxud
[ ˈmʌʃ.ruːm ] Göbələk
[ ˈdʒɪn.dʒər ] Zəncəfil
[ ˈhɔːsˌræd.ɪʃ ] Qıdıqotu
[ ˈpepə(r) ] İstiot
[ kɔːˈʒet ] Kabaçok
[ ˈspɪn.ɪtʃ ] İspanaq
[ ˈbrɒk.əl.i ] Brokoli
[ sɪˈlæntrəʊ ] Keşniş
[ dɪl ] Şüyüd
[ ˈpɑː.sli ] Cəfəri
[ ˈbæz.əl ] Reyhan
[ ˈsel.ər.i ] Kərəviz
[ tʃɑːd ] Pazı
[ ˈskæl.i.ən ] Göy soğan
[ liːk ] Soğan-kəvər
[ ˈɑː.tɪ.tʃəʊk ] Ənginar
[ ˈlet.ɪs ] Kahı
[ əˈspær.ə.ɡəs ] Qulançar

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.